
Ukraynada yaralanan rusiyalı hərbi bloger Semyon Peqovun xəstəxandan fotosu yayılıb.
Yeniavaz.com xəbər verir ki, TASS Peqovun minaya düşüdüyünü yazıb.
Bildirilir ki, onun vəziyyəti orta ağır qiymətləndirilir. Blogerin hazırda əməliyyat olunduğu və bir ayağının amputasiya olunacağı bildirilir.
19:52
Rusiyalı hərbi bloger Semyon Peqov Donetsk yaxınlığında yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Peqova məxsus "WarGonzo" teleqram kanalında məlumat verilib.
Hadisənin təfərrüatları açıqlanmayıb.
TASS isə yazır ki, Peqov ayağından aldığı yara ilə Donetsk xəstəxanasına yerləşdirilib.
Məlumat üçün bildirək ki, Semyon Peqov 44 günlük Vətən Müharibəsi dövründə işğalçı Ermənistan ordusunun əsas təbliğatçılarından biri olub.

Tətbiqimizi yükləyə bilərsiniz