Rusiyada səfərbərliyə cəlb olunanlara ayda nə qədər pul veriləcək?


Rusyada qismən səfərbərlik çərçivəsində çağırılan hərbi qulluqçulara ödəniləcək məbləğ bəlli olub.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin müvafiq sənəd imzalayıb.
"Ödənişlər, hərbi qulluqçunun təlim və təhsil müddəti daxil olmaqla, yerləşdiyi yerdən asılı olmayaraq, hərbi hissənin şəxsi heyətinin siyahılarına daxil olduğu andan təqvim ayı üçün ən azı 195 min rubl (təxminən 5 377 manat) təşkil edəcək”, - məlumatda deyilir.
Qeyd edək ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik haqqında fərman imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top