Rusiyada Su-30 yaşayış evinin üzərinə düşdü: Ölənlər var + Video


Rusiyanın İrkutsk vilayətində Su-30 qırıcısı ikimərtəbəli evin üzərinə düşüb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru İqor Kobzev özünün “Telegram” kanalında məlumat verib.
"İlkin məlumatlara görə, İrkutskda Su kateqoriyalı təyyarə ikimərtəbəli evin üzərinə düşüb. Mən həmin yerə getdim", - o yazıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının sahəsi 200 kv.m-ə çatıb.
" Su-30 təyyarəsi sınaq uçuşu zamanı şəhərdə, özəl mülkün ərazisində qəzaya uğrayıb", - nazirlikdən bildirilib.
Rəsmilər təyyarənin hər iki pilotunun öldüyünü açıqlayıblar.
Həmçinin, təyyarənin düşdüyü binadan üç azyaşlı təxliyə olunub.

DİGƏR XƏBƏRLƏR

Top