“67 qalır, 68 gedir” qaydası ona şamil olunmadı - Üçüncü dəfə seçildi


Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi (ÇKP Mərkəzi Komitəsi) Si Cinpini üçüncü müddətə yenidən baş katib seçib.
Yeniavaz.com
xəbər verir ki, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi həmçinin ÇKP MK-nın yeni Siyasi Bürosunu seçib. Onun tərkibinə 24 partiya üzvü daxil idi.
Səsvermə Çin Kommunist Partiyasının 20-ci Mərkəzi Komitəsinin birinci plenumunda baş tutub.
Qeyd edək ki, Çin siyasətində 30 ilə yaxındır qüvvədə olan yazılmamış qaydaya görə, Milli Konqres keçirilən zaman baş katibin 68 yaşı tamam olursa, onun yeni vəzifəyə təyin olunması və ya indiki vəzifəsini qoruyub saxlaması mümkün deyil. “67 qalır, 68 gedir” kimi ümumiləşdirilən “təqaüd yaşı sərhədi” ilə bağlı qayda plenum zamanı 69 yaşında olan Si Cinpin üçün tətbiq olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top