DİN hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi


Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücü və piyadalardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş olunur.

Sürücülərdən hava şəraiti ilə bağlı yollarda yarana biləcək tıxacın qarşısını almaq və vətəndaşlarımızın mənzil başına rahat, təhlükəsiz çatmaları üçün yollarda polis əməkdaşlarının tələb və tövsiyələrinə əməl etmələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top