Binəli Yıldırım əməliyyat olundu


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Qarabağda yol qəzasına düşən AKP-nin sədr müavini Binəli Yıldırım cərrahiyə əməliyyatı olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb. 
Türkiyənin İstanbul şəhərinə aparılan B.Yıldırımın səhhətinin yaxşı olduğunu bildirən nazir, həmçinin B.Yıldırımla birlikdə qəzada xəsarət alan, partiyanın istanbullu deputatı Şamil Ayrımın da səhhətinin normal olduğunu vurğulayıb.
Səhiyyə naziri B.Yıldırımın başının dərisində toxuma itkisi səbəbindən toxuma transplantasiyası əməliyyatının icra edildiyini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top