Sumqayıt yolunda 5 maşın vuran sürücü: “Həmin gün 1 konfet yeyib yola düşmüşəm” - Video


Bakı-Sumqayıt yolunda ard-arda beş maşın vuran sürücü hadisənin necə baş verdiyi barədə məlumat verib.
Yeniavaz.com
xəbər verir ki, Baku TV-yə açıqlama verən sürücü Elməddin Abbasov meyvə alveri ilə məşğul olduğunu deyib:
“2009-cu ildən şəkər xəstəliyindən əziyyət çəkirəm. Məndə şəkər qalxıb-düşür. Ona görə də cibimdə həmişə konfet gəzdirirəm. Hadisə günü “Meyvəli” bazarında işimlə əlaqədar çıxandan sonra bir konfet yeyib yola düşmüşəm. 6-cı mikrorayona getməli idim, gedib çıxmışam Sumqayıta. Sosial şəbəkələrdə bilib bilmədən danışanlara demək istəyirəm ki, şəkər xəstəsiyəm və komada olmuşam”.
Sürücü onu da əlavə edib ki, işi maşınla meyvə alıb-satmaqdır:
“Bugünə qədər belə bir problem yaşamamışdım. Ailəmi uşaqlarımı bu iş sayəsində dolandırıram”.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top