"Mən özümü ukraynalı hesab edirəm" - Rusiyalı oliqarxın oğlu


“Alfa Group” və “LetterOne” holdinqinin həmtəsisçisi Mixail Fridmanın oğlu Aleksandr Ojelski oktyabrın 21-də rəsmi Kiyevdən ona qarşı tətbiq edilən sanksiyaları ləğv etməyi xahiş edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Youtube”da yayımladığı videomüraciətində bildirib.
Ojelski Kiyevin Rusiya xüsusi əməliyyatı ilə bağlı fikirlərini nəzərə almaqdan imtina etməsinə təəccübləndiyini bildirib. Oliqarxın oğlu əvvəlcə onu dəstəkləmədiyini və Londonda Ukraynaya dəstək aksiyalarına getdiyini vurğulayıb:
“Mən inana bilmirəm ki, bu sanksiyaların yeganə səbəbi mənim başqa şəxslə əlaqəmdir. Hesab edirəm ki, bu qərar ləğv edilməlidir. Mən bu sanksiyalara layiq deyiləm. Mən özümü ukraynalı hesab edirəm, orada qohumlarım var və ora getməyə öyrəşmişəm”, - 22 yaşlı Ojelski deyib.
Ojelski əmin edib ki, o, fevralın 24-də, xüsusi əməliyyat başlayan gün Rusiyanı tərk edib, o vaxtdan geri qayıtmayıb və bunu etməyi planlaşdırmır.

DİGƏR XƏBƏRLƏR

Top