BMT Ukraynadakı İran PUA-larını araşdırmaqla bağlı çağırış etdi


Böyük Britaniya, Fransa və Almaniyanın BMT - dəki daimi nümayəndəlikləri təşkilatı Ukraynada İran pilotsuz təyyarələrinin mümkün istifadəsini araşdırmağa çağırıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş artıq məktubla tanış olub.
Daimi nümayəndəliklər hesab edirlər ki, İrandan PUA-ların mümkün istifadəsi İran və BMT Təhlükəsizlik Şurası ölkələri arasında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) haqqında qətnaməni pozur . Onlar əlavə edib ki, katiblik qrupu tərəfindən müvafiq araşdırma aparılmasını alqışlayacaqlar və qərəzsiz araşdırmaya kömək etməyə hazır olduqlarını bildiriblər.
 

DİGƏR XƏBƏRLƏR

Top