"Ermənistan və İranın maraqları üst-üstə düşür" - İranın Qafandakı baş konsulu


“Hesab edirəm ki, müdafiə sektoruna cavabdeh olan şəxslər təmasdadır, görüşlər, müzakirələr gedir”. 
Yeniavaz.com
Ermənitsan mətbuatına istinadla xəbər verir ki, bunu İranın Qafandakı baş konsulu Mortez Abedin Varamin deyib.
“İran dəfələrlə bəyan edib ki, beynəlxalq səviyyədə tanınmış sərhədlərə və ölkələrin ərazi bütövlüyünə hörmət etmək lazımdır. Biz heç bir sərhəd dəyişikliyini qəbul etmirik. Biz sülh və sabit Ermənistan istəyirik. Ermənistan və İranın maraqları üst-üstə düşür”, - deyə o əlavə edib.
Xatırladaq ki, bu gün Qafanda İran konsulluğu açılıb. Binanın təmiri tamamlanmamış halda konsulluğun açılması sosial şəbəkələrdə geniş müzakirə edilib.

 

DİGƏR XƏBƏRLƏR

Top