Britaniya Baş naziri postuna ilk namizədin adı açıqlandı


Böyük Britaniya Baş naziri postuna namizədliyini irəli sürən ilk şəxsin adı məlum olub.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Penni Mordaunt hökumət lideri iddiasını elan edən ilk şəxs olub.
"Mən ölkəmizi birləşdirmək, vədlərimizi yerinə yetirmək və növbəti seçkini qazanmaq üçün Mühafizəkarlar Partiyasının lideri və Baş nazir olmaq üçün namizədəm”, - deyə o, Tvitterdə yazıb.
Penni Mordaunt hazırda İcmalar Palatasının Rəhbəri vəzifəsini daşıyır. O, 2021-2022-ci illər arasında Beynəlxalq Ticarət Departamentində dövlət naziri olub.
 

DİGƏR XƏBƏRLƏR

Top