Tıxac olan yolların siyahısı


Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Yeniavaz.com-a bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

4. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;

9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

10. Neftçilər prospekti, “Azneft dairəsi” istiqamətində sıxlıq müşahidə edilir.

DİGƏR XƏBƏRLƏR

Top