Ermənistan Təbrizdə konsulluq açmaq istəyir


“Mən Ermənistanın Təbrizdə baş konsulluq açmaq niyyətini bir daha təsdiq edirəm”.
Yeniavaz.com
xəbər verir ki, bunu İranın Qafandakı baş konsulluğunun açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O əlavə edib ki, İran həmişə Ermənistanın əsas tərəfdaşı olub və bu, belə də qalacaq:
“Əməkdaşlığımıza geniş siyasi gündəm, habelə ticarət, enerji, nəqliyyat, turizm, elm, təhsil, mədəniyyət sahələrində sıx əlaqələr daxildir. Bu, İranın Qafandakı Baş Konsulluğunun işi sayəsində daha da dərinləşəcək və yeni nəfəs alacaq”.
Qeyd edək ki, baş konsulluğun açılış mərasimində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top