
Xəbər verdiyimiz kimi, Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Klinik Xəstəxanasına gələrək ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkili Şamil Ayrıma və mühafizəçi Oğuzhan Dəmirçiyə baş çəkib.
Yeniavaz.com xəbər verir ki, qəza keçirənlər artıq Türkiyəyə yola salınıb.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı paylaşım edib:
“Diqqətinə və izlədiyinə görə Prezidentə təşəkkür edirik. Var olsun. Xəstələrimizin vəziyyəti yaxşıdır. Türkiyəyə yola saldıq”.
Cenab Prezident İlham Aliyev
— Cahit Bağcı (@cahitbagci) October 21, 2022
Sayın Başbakanımız Binali Yıldırım,Mlv.Şamil Ayrım beyi ve Koruma Oğuzhan kardeşimizi hastanede ziyaret etmiştir.
Yakın ilgisi ve takibi nedeniyle sayın Cumhurbaşkanına çok teşekkür ediyoruz. Varolsun.
Hastalarımızın durumu iyi.
Türkiyeye uğurladık. pic.twitter.com/I2fDqkRXNB