İranda məktəbli etirazçı yaxın məsafədən vurularaq öldürülüb


İranın ikinci böyük şəhəri Məşhəddə hökumət əleyhinə nümayişlər zamanı dövlət qüvvələri tərəfindən yaxın məsafədən vurulan 17 yaşlı məktəblinin öldüyü bildirilir.

Yeniavaz.com “The Guardian”a istinadən xəbər verir ki, həkimlər, Məşhəd şəhərində təhlükəsizlik qüvvələri tərəfindən vurulan yeniyetməyə bir metrdən az məsafədən atəş açıldığını bildirirlər.
Məlumata görə, 17 yaşlı Əbülfəzl adlı gənc Əmininin ölümünə və korrupsiyaya etiraz etmək üçün oktyabrın 8-də nümayişə qatılıb. Etirazdan bir gün sonra Əbülfəzlin valideynlərinə zəng edilib ki, oğlunun cənazəsini polis bölməsindən götürsünlər.
Yeniyetmənin dəfn mərasimində İran təhlükəsizlik qüvvələri iştirak edib və bəzi yas tutanlardan mərasimin videolarını telefonlarından silmələri istənilib.
Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun ardınca ölkədə kütləvi etiraz və iğtişaşlar baş verib. Aksiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara atəş açıb.

DİGƏR XƏBƏRLƏR

Top