“İran tərəfi niyə tələsir?” - Ermənistan mətbuatı


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün Ermənistanın Sünik vilayətinin (Qərbi Zəngəzur) Qafan şəhərində İranın Baş Konsulluğunun açılışında iştirak edib.
Yeniavaz.com
 xəbər verir ki, Ermənistan aparıcı mətbuat orqanlarından olan “Hraparak” nəşri bu məlumatı “İran tərəfi niyə tələsir?” başlığı ilə yayımlayıb.
Məlumatda bildirilir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da iştirak etdiyi açılış mərasimi əvvəlcədən planlanmayıb. Hətta yerli icra nümayəndələrinə belə son anda məlumat verilib.
“Hraparak” nəşri məlumat verir ki, konsulluq binasında abadlıq-təmir işləri də hələ tam şəkildə başa çatmayıb. Xəbərdə açılış mərasiminin İran tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd olunub.





Xatırladaq ki, İran hökuməti 2021-ci ilin dekabrında Sünikdə baş konsulluğun açılması barədə qərar qəbul edib və Abedin Varamini İranın Qafandakı baş konsulu təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top