Xarkova raket atıldı - Yaralılar var


“Bu gün səhər saat 08:00 radələrində düşmən Xarkov şəhərinə raket zərbəsi endirib. Zərbələr şəhərin Kiyev rayonunda sənaye infrastrukturu obyektində qeydə alınıb. Bütün təcili yardım xidmətləri yerindədir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
O bildirib ki, hücum nəticəsində 6 nəfər yaralanıb:
“Dağıntı və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
Ötən gün rus işğalçıları Kupyansk və Vovçansk şəhərlərini, eləcə də Kupyansk, Çuquyev, Xarkov və Boqoduxiv rayonlarının yaşayış məntəqələrini atəşə tutublar.
Təmas xəttində hərbçilərimiz düşmənin canlı qüvvə və texnikasını məhv etməkdə davam edir”.

DİGƏR XƏBƏRLƏR

Top