Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriliblər və mütəmadi həkim nəzarəti altındadırlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, onların vəziyyətləri qənaətbəxşdir, həyatları üçün hər hansı bir təhlükə yoxdur və yaxın saatlarda onların evə yazılacağı gözlənilir.