Binəli Yıldırıma görə Bakıya ambulans təyyarə gəlir - Video


“Türkiyədən təcili yardım təyyarəsi yola düşüb”.

Yeniavaz.com xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çəlik Zəngilan hava limanı istiqamətində yol qəzasına düşən AKP sədrinin müavini, keçmiş Baş nazir Binəli Yıldırım və millət vəkili Şamil Ayrımın durumu ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
“Buradakı həkimlərimiz “vəziyyət stabildir, gedə bilərsiniz” desələr, təcili yardım təyyarəsi ilə Türkiyəyə gedəcəyik. Hal-hazırda vəziyyətləri yaxşıdır. Allaha şükür, ciddi problem yoxdur. Səhər yenidən baxılacaq. Narahat olacaq durum yoxdur. Həkimlərin tövsiyəsinə uyğun addım atacağıq. Binəli bəy və Şamil bəyin sağalacaqları günə qədər Bakıda qalacağıq. Mühafizəçi Oğuzxanı da gördük, onun da durumu yaxşdır. Azərbaycanlı sürücü qardaşımızın da durumunun yaxşı olduğunu bildirdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə təyyarədə birgə gəldik. Çox sağ olsun, şəxsən çox yaxından maraqlandı. Səhiyyə naziri Teymur bəy də buradadır. Maraqlanan hər kəsə təşəkkür edirik” - AKP sözçüsü qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top