Cəbrayılda düşdüyü qəza ilə bağlı Binəli Yıldırımdan açıqlama - Yenilənib


“Azərbaycana səfərimiz zamanı yol qəzası keçirdik”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Binəli Yıldırım tvitterdə yazıb.
“Allaha şükür ki, vəziyyətimiz yaxşıdır. Tədbir olaraq xəstəxanada nəzarət altındayıq. Dua edən və xoş arzularını göndərən hər kəsə təşəkkür edirəm”, - deyə o qeyd edib..

***21:24
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Binəli Yıldırımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngəni keçə bilməyib və qəzaya uğrayıb.
Yeniavaz.com
“Cumhuriyet”ə istinadla xəbər verir ki, qəza nəticəsində avtomobilin təhlükəsizlik yastıqları açılıb. Avtomobildən çıxarılan B. Yıldırım təcili yardımla hadisə yerini tərk edib.
Onun səhhətinin yaxşı olduğu və Türkiyəyə qayıtması üçün helikopterlə hava limanına aparıldığı bildirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top