
Qlobal istiləşmə genişmiqyaslı pandemiya riskini artırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Proceedings of the Royal Society” B: Biological Sciences” jurnalında məqalə dərc olunub. Toronto Universitetinin alimlərinin qeydlərindən ibarət məqalədə bildirilib ki, buzlaqların əriməsi patogenlər və heyvanlar arasında yeni təmasların riskini artırır. Tədqiqatçılar yüksək Arktikada Kanadanın ən böyük şirin su gölü olan Hazen gölündən torpaq və çöküntü nümunələrindən təcrid olunmuş DNT və RNT-ni ardıcıllıqla sıralayıblar. Alimlər virusların potensial daşıyıcısı olan eukaryotik orqanizmlərin genomlarını da müəyyən ediblər.