Mingəçevir beynəlxalq yarışa tam hazırdır - Foto


Qeyd edək ki, Azərbaycan Kanoye və Avarçəkmə Federasiyasının təşəbbüsü ilə 15 ölkənin iştirakı ilə keçirilməsi nəzərdə tutulan Beynəlxalq Reqata sabah Suqovuşandan başlamaqla oktyabr ayının 22-si və 23-ü tarixlərində Mingəçevir şəhərində davam etdiriləcək.

Yeniavaz.com xəbər verir ki, Mingəçevirdə qonaqların gəlişi ərəfəsində son hazırlıqlar həyata keçirilir. Xüsusilə də şəhər yollarında nəqliyyatın hərəkətinin nizmlanması və yol nişanlarının diqqət çəkən olması üçün "Siqnal" İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin 6 saylı Mingəçevir Regional Sahə əməkdaşları son günlər ərzində şəhərin əsas küçə və prospektlərində nişanların, yolların və piyada keçidlərinin əsaslı şəkildə rənglənməsi prosesini və digər işləri icra edir.
Regional sahə rəsmisi Elxan Mustafayevin verdiyi məlumata əsasən, görülən işlər yekunlaşmaq üzrədir. Yarışların keçiriləcəyi idman kompleksinin yerləşdiyi İslam İslamzadə küçəsində, şəhərin əsas nəqliyyat körpüsü və həndəvərində, eləcə də digər istiqamətlərdə görülən hazırlıq işləri tam yekunlaşıb.
Onun sözlərinə görə Mingəçevirin beynəlxalq yarışa ev sahibliyi etməsi üçün şəhər tam mənada hazır vəziyyətə gətirilib.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top