Ərdoğan Azərbaycana yola düşüb - Yenilənib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün Azərbaycana yola düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin kommunikasiya mərkəzi məlumat yayıb.
“Ərdoğan İlham Əliyevlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında türk şirkətlərinin töhfələri ilə inşa edilən ikinci Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək, eyni zamanda bölgənin inkişafı üçün başladılan yeni layihələrin təməlini qoyacaq”, - məlumatda bildirilib.
Səfər zamanı keçiriləcək ikitərəfli görüşlərdə Türkiyə ilə Azərbaycan arasında münasibətlərə bütün aspektlərdə yenidən baxılacağı, əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımların müzakirə olunacağı gözlənilir.
Həmçinin aktual regional və qlobal problemlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Qeyd edilib ki, R.T.Ərdoğanla bərabər Türkiyə Böyük Millət Məclisinin sədr müavini Cəlal Adan, xarici işlər naziri Mövlud Çavuşoğlu, kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi, nəqliyyat və infrastruktur naziri Adil Qaraismailoğlu, AK Partiya sədrinin müavini Binəli Yıldırım, AK Partiya sədrinin köməkçisi və partiya sözçüsü Ömər Çelik, Prezidentin kommunikasiya mərkəzinin direktoru Fahrettin Altun və Prezidentin sözçüsü İbrahim Kalın da Zəngilana yola düşüb.


***10:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə daha əvvəl Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib.
Səfir Ərdoğanın Qarabağ bölgəsinə gedəcəyini deyib:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa eniş edəcək. Biz bunun həyəcanını yaşayırıq”.
Bundan əlavə Prezidentin sözçüsü İbrahım Kalın da Ərdoğanın Azərbaycana səfər edəcəyi barədə məlumat verib.
“Anadolu Ajansı”nın verdiyi məlumata görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək. Səfir C.Bağcı da Zəngilan Hava Limanı ilə bağlı paylaşım edib.
“Azad Qarabağın 2-ci hava limanı Zəngilan Beynəlxalq Hava Limanı hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə bu gün açılır. Biz prezidentimizi və onun nümayəndə heyətini qarşılamaq üçün Qarabağdayıq”, - paylaşımda bildirilib. Xatırladaq ki, ötən gün İ.Əliyev Zəngilan rayonuna səfər edib.

DİGƏR XƏBƏRLƏR

Top