Yeniavaz.com-a qarşı əsassız iddia “Freedom House”un hesabatında...


Xəbər verdiyimiz kimi, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından olan “Freedom House” ("Azadlıq Evi") internet azadlığı ilə bağlı dünyanın 70 ölkəsini əhatə edən növbəti hesabatını açıqlayıb və Azərbaycan 38 balla dünyada azad olmayan ölkələr sırasına daxil edilib.
Yeniavaz.com
xəbər verir ki, “Freedom House” Azərbaycanın azad olmayan ölkələr sırasına daxil edilməsinin səbəblərilə bağlı geniş arayış təqdim edib.
Xəbəri rus dilində oxuyun: Безосновательный иск к Yeniavaz.com попал в отчет "Freedom House"...
Məlumat üçün bildirək ki, təqdim olunan arayışda bu ilin yanvar ayında Baş Prokurorluğun Yeniavaz.com saytına qarşı qaldırdığı məhkəmə iddiasına da yer verilib. Yeniavaz.com-un Baş Prokurorluğun iddiası əsasında cərimələnməsi “Freedom House”un hesabatına daxil edilib.  
Xatırladaq ki, bu ilin əvvəlində Baş Prokurorluq iddia edib ki, Yeniavaz.com saytına məxsus sosial şəbəkə hesabında paylaşılan bir xəbərə rəy yazan vətəndaş təhqirlərə yol verib. Baş Prokurorluğun iddiasına cavab olaraq bildirilib ki, sosial şəbəkədə rəy yazan şəxs(lər) saytın əməkdaşları deyil. Yazılan rəylər Yeniavaz.com saytında və ona məxsus sosial şəbəkələrdə yerləşdirilmir. Lakin, buna baxmayaraq məhkəmə Yeniavaz.com saytının cərimələnməsi barədə qərar çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top