26 nəfərdən 26 min manat oğurluq edən şəxs tutuldu - Video


Vətəndaşların bank kartlarından kiber üsullarla pul talayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polisin keçirdiyi əməliyyat-texniki tədbirlərlə 2002-ci il təvəllüdlü Surət Əliyev saxlanılaraq istintaqa cəlb edilib. O, aldatma yolu ilə hansısa məhsulun satışı ilə məşğul olan şəxslərə ödəniş etmək adı altında onların bank kart məlumatlarını əldə edərək öz hesabına köçürməklə nağdlaşdırıb.
“İnstaqram sosial şəbəkəsində alış-veriş səhifələrində məhsul almaq niyyəti ilə kart məlumatlarını istədikdən sonra X saytından qeydiyyatdan keçdikdən sonra 26 nəfərin kartından 26 minə yaxın pul oğurluğu etmişəm”, - saxlanılan şəxs deyib.
Qeyd edilib ki, araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top