Xudafərin körpüsü necə azad edildi? - Video


 Vətən müharibəsinin 22-ci günü tarixin bir parçası olan Xudafərin körpüsü artıq azad idi.

Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verri ki, 17 oktyabrda Gəncəni terrorla qana bulayan "Elbrus" raketi yenidən mövqelənir. 

Ermənistan ərazisindən yenidən atəşə hazırlanan ballistik raket qısa zamanda müşahidəyə götürülərək məhv edilir. 

Qarabağ ərazisində raket komplekslərini yerləşdirməyə qorxan düşmən, texnikalarını Ermənistan ərazisində gizlətməyə çalışır. Məhv edilən 8 uzaqmənzilli raketin 7-si məhz Ermənistan ərazisində yerləşdirilmişdi. Texnikaların dövlət sərhədinə maksimum yaxın mövqeləndirilməsi daha geniş arealda hədəflənməyə imkan verirdi. Lakin mülki şəxsləri hədəf alan bu raketlər harda yerləşdirilmələrindən asılı olmayaraq, məhv edilir. 

"Harop"larla yanaşı, "Bayraktar"lar da səma xəttinin dərinliklərində öz işini görür.

Bütün bu hərbi əməliyyatlara paralel şəkildə cənub cəbhəsindən daha bir şad xəbər gəlir. 

 

DİGƏR XƏBƏRLƏR

Top