
Atıcımız Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən Atıcılıq üzrə Dünya Çempionatında bürünc medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, Nigar Nəsirova 5,6 kalibrli tapançadan 50 metr məsafəyə atəş üzrə 3-cü yerə çıxıb. Qadınlar arasında fərdi yarış növündə azərbaycanlı atlet 539 xal toplayıb.
Bildirilib ki, Dünya Çempionatında bu idman növü üzrə son qələbəmiz 2002-ci ildə olmuşdu.
Tətbiqimizi yükləyə bilərsiniz