Güləşçimiz dünya ikincisi oldu


Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.

Yeniavaz.com xəbər verir ki, 55 kq çəkidə yer alan idmançı qarşılaşmada iranlı Poya Marzla qarşılaşıb.

Rəqibinə 1:5 hesabı ilə uduzan Quluzadə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bu gün 63 kq-da çıxış edən Ziya Babaşov üçüncü yer uğrunda görüşdə Ryuto İkeda (Yaponiya) ilə, 130 kq-da mübarizə aparan Sərxan Məmmədov isə Əliəkbər Yusufiəhmədçali (İran) ilə güləşəcək.

DİGƏR XƏBƏRLƏR

Top