Nazirlikdən fişinq mesajlarla bağlı vətəndaşlara xəbərdarlıq


Son günlər “Kapital Bank”ın adından veb-səhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilir və pul vəsaiti təklif olunur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, vətəndaşlardan vəd olunan məbləği əldə etmək üçün təqdim olunan saxta veb-səhifəyə bank və digər fərdi məlumatlarını daxil etmək tələb edilir. “Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, şübhəli keçidlərə daxil olmamağı tövsiyə edir. Hər hansı şirkət və ya qurum adından belə məlumatlar aldıqda öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmaq məsləhət görülür”, - deyə məlumatda bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top