Ukrayna İranı terroru dəstəkləyən dövlət kimi tanımağa hazırlaşır


Ukrayna Ali Radasına İranla diplomatik əlaqələrin kəsilməsini nəzərdə tutan qanun layihəsi təqdim olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə parlamentin deputatı Aleksey Qonçarenko “Telegram” kanalında yazıb.
Qanun layihəsində İranın terrorizmi maliyyələşdirən dövlət kimi tanınması yer alır.
“Sözügedən sənəddə parlamentə təklif olunub ki, İranın terrorizmi maliyyələşdirən dövlət kimi tanınması və ona qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı BMT, Avropa Parlamenti, AŞPA, NATO və digər beynəlxalq təşkilatlara, həmçinin üçüncü ölkələrin hökumətlərinə müraciətlər etsin”, - deyə qeyd olunub.

 

DİGƏR XƏBƏRLƏR

Top