Azərbaycan və Əlcəzair bu şəxsləri viza tələbindən azad edir


Azərbaycan və Əlcəzair qarşılıqlı olaraq diplomatik və xidməti pasportlara pasportlara malik şəxsləri viza tələbindən azad edir.

Yeniavaz.com xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.

DİGƏR XƏBƏRLƏR

Top