Yoluxanların sayı açıqlandı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 822 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 339 nəfər müalicə olunaraq sağalıb, 9 935 nəfər vəfat edib, aktiv xəstə sayı 412 nəfərdir.
Ölkədə son sutka ərzində 2 780, hazırkı dövrədək isə 7 293 381 test aparılıb.
Bundan əlavə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 676 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 201, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 142, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 290, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 43 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 903 469, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 387 357, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 870 027, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 383 566, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 519 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top