DİN-dən “Profilimə kim baxdı” vədi verən proqramlarla bağlı - Xəbərdarlıq


““Profilimə kim baxdı”, “gizli hesabları görmə” kimi vədlər verən proqramlardan istifadə etməyin”.
Yeniavaz.com
xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Şöbə rəisi Elşad Hacıyev sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
“Naməlum linklərə daxil olmayın, istifadəçi adı və şifrə tələb olunan bu tip tətbiqlərə məlumatlarınızı əlavə etməyin.
Qeyd edək ki, bu tətbiqlərdən istifadə etməyiniz profillərinizin oğurlanması ilə nəticələnə bilər”, - paylaşımda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top