Azərbaycanda fəaliyyət göstərən xarici bankın filialı ləğv olunur


Pakistan Milli Bankının Bakı şəhərindəki fililalı (VÖEN- 1700326471) ləğv olunduğunu elan edib.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 9A, mənzil 9A ünvanına bildirə bilərlər.
Məlumat üçün bildirək ki, Pakistan Milli Bankının Bakı şəhərində fililalı 16.10.1996-cı il tarixində dövlət qeydiyyatına alınıb. Bankın qanuni təmsilçisi Şeyx Ahtşam Əhməddir.
Onu da bildirək ki, bu ilin 2-ci rübünün yekunlarına olan sonuncu maliyyə hesabatına görə Pakistan Milli Bankının filialı Azərbaycanda zərərlə işləyən 2 bankdan biri olub. İlin ilk yarısının yekunlarında bank 271 min manat zərər edib.

DİGƏR XƏBƏRLƏR

Top