Xersonda ruslar istehkam tikmək üçün mülki əhalini qarət edirlər


Xerson vilayətində rus işğalçıları  yerli əhalini qarət etmək hesabına istehkamlar tikir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat yayıb.
“Beynəlxalq humanitar hüququn bütün normalarını, müharibə qanunlarını və adət-ənənələrini pozan rus işğalçıları yerli əhalini qarət etmək hesabına istehkamlar tikirlər”, - məlumatda deyilir.
Qeyd olunub ki, Xerson vilayətinin Blaqodatnoye qəsəbəsində mühəndis istehkamlarını təchiz etmək üçün mülki şəxslərin şəxsi təsərrüfatlarından tikinti materialları və mülklərin metal konstruksiyaları götürülür.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat vermişdi ki, Rusiya Qvardiyası işğal olunmuş Xerson ətrafında müdafiə mövqelərini təchiz edir.

DİGƏR XƏBƏRLƏR

Top