Zaporojye AES-in xarici enerji təchizatı dayandırıldı


Zaporojye AES-in enerji təchizatı növbəti dəfə xarici enerji təchizatından kəsilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə MAQATE-nin rəhbəri Rafael Qrossi deyib.
“AES bu səhər qalan sonuncu 750 kilovoltluq elektrik xətti ilə təchizatı yenidən itirdi”, - məlumatda bildirilib.
Qeyd olunur ki, AES-ə xarici enerji təchizatı son 10 gündə üçüncü dəfədir ki, dayandırılıb.
Bəyanatda vurğulanır ki, atom elektrik stansiyası ehtiyat sistem vasitəsilə elektrik enerjisi almağa davam edir.
Xatırladaq ki, Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır, altı VVER-1000 enerji blokuna malikdir. Hazırda stansiya elektrik enerjisi istehsal etmir. 28 fevral 2022-ci ildən Rusiya ordusunun nəzarətindədir.

 

DİGƏR XƏBƏRLƏR

Top