Rusiyada təyyarə binaya çırpıldı - Video


Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərində Su-34 qırıcı təyyarəsinin yaşayış bölgəsinə düşməsi nəticəsində 3 nəfər ölüb, 21 nəfər yaralanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

***20:28
Rusiya Müdafiə Nazirliyi Krasnodar vilayətinin Yeysk şəhərində hərbi təyyarənin qəzaya uğraması ilə bağlı məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki, hadisənin təlim uçuşu yerinə yetirmək üçün hündürlük yığımağa çalışan “SU-34” təyyarəsində nexniki nasazlıq səbəbilə baş verdiyi bildirilib:
“Katapult edən pilotların məruzələrinə görə, təyyarənin qəzaya uğramasına səbəb uçuş zamanı mühərriklərdən birinin alışması olub. “SU-34”-ün yaşayış məntəqələrindən birinin həyətində qəzaya uğradığı yerdə təyyarənin yanacağı alışıb”, - deyə qeyd olunub.

***19:54
Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasına çırpılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Hadisə nəticəsinə güclü partlayış baş verib, ölən və yaralananların olduğu bildirilir.
Məlumata görə, qəzaya uğrayan Su-34 qırıcısı olub. Pilotun katapult edərək xilas olduğu qeyd olunub.

 

DİGƏR XƏBƏRLƏR

Top