Boşanmaların sayı azalıb - Rəsmi


Azərbaycanda boşanmalarla bağlı statistika açıqlandı.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 40277 nikaha daxilolma və 10391 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,4-dən 6,0-a qədər artıb.
Qeyd olunub ki, boşanmaların sayı azalaraq 1,7-dən 1,5-ə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top