
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən ölkə əhalisinin sayı ilin əvvəlindən 42274 nəfər və ya 0,4 faiz artaraq 2022-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 198 640 nəfərə çatıb.
Qeyd olunub ki, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.
Tətbiqimizi yükləyə bilərsiniz