
“MDB ölkələrindən birinin iki vətəndaşı Belqorod vilayətində poliqonda yanğınsöndürmə məşqi zamanı terror aktı törədib, nəticədə 11 nəfər ölüb, daha 15 nəfər yaralanıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən jurnalistlərə verilən açıqlamada bildirilir.
"Oktyabrın 15-də MDB ölkələrindən birinin iki vətəndaşı Belqorod vilayətində Qərb Hərbi Dairəsinin poliqonunda terror aktı törədib", - nazirlikdən bildirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, terrorçular xüsusi əməliyyatda iştirak etmək arzusunda olan şəxslərlə atışma məşqi zamanı bölmənin şəxsi heyətinə atıcı silahlardan atəş açıblar:
"Atışma nəticəsində 11 nəfər ölüb. Daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə aparılıb və onlara bütün lazımi yardımlar göstərilib".
Nazirlik hər iki terrorçunun cavab atəşi nəticəsində öldürüldüyünü bildirib.