Nazirlik 10-cu siniflərə müraciət etdi


Elm və Təhsil Nazirliyi X sinif şagirdlərinə müraciət edib.
Nazirlikdən Yeniavaz.com-a bildirilib ki, müxtəlif səbəblərdən X siniflərə qeydiyyat üçün gecikən şagirdlər oktyabrın 17-dən 31-dək ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.
Qəbul şagird yerdəyişməsi elektron sistemi vasitəsilə aparılacaq.
Qeyd edək ki, oktyabrın 17-si saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top