
Partizanskda (Rusiya Federasiyasının Primorsk diyarı) hərbi komissar Roman Malık ölü tapılıb.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ölümün hansı şəraitdə olduğu bəlli deyil.
Hərbi komissarın meyiti fərdi yaşayış evinin hasarının yaxınlığında tapılıb.
Şəhər rəhbərliyi Malıkın faciəli şəkildə dünyasını dəyişdiyini bildirib.
Bununla belə, “Amur Mash” teleqram kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən bildirib ki, polis Malıkın qətli və intiharı versiyalarını nəzərdən keçirir.
“Baykal 24” nəşrinin məlumatına görə, hərbi komissarın bədənində intihar əlamətləri var, onun dostları intihara meylli olduğundan şübhələnirlər.
Tətbiqimizi yükləyə bilərsiniz