Sahibə Qafarova Mustafa Şentopa başsağlığı verdi


Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, parlamentin spikeri, Mustafa Şentopa ünvanladığı məktubda Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib.
O, TBMM sədrinə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan Respublikası Milli Məclisi adından başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.
Qeyd edək ki, Türkiyənin Bartin vilayətində kömür mədənindəki partlayış nəticəsində 28 nəfər ölüb.

DİGƏR XƏBƏRLƏR

Top