İrandan Azərbaycana psixotrop maddə keçirmək istəyən şəxs saxlanılıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana gələn qonşu ölkənin vətəndaşının idarə etdiyi yük avtomobilinin yoxlanması zamanı nəqliyyat vasitəsinin kabinəsində üzərində "XANAX 0,5 mg ALPRAZOLAM" sözləri yazılmış 100 konvalyut dərman preparatı aşkar edilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, alprazolam adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III Siyahısına daxildir. Aşkar edilən 100 konvalyutda ümumi sayı 1000 ədəd olan həbdə alprazolamın təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.

APA

DİGƏR XƏBƏRLƏR

Top