Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə mədəndəki partlayışla bağlı başsağlığı verib.
Yeniavaz.com
xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Qardaş Türkiyənin Bartin şəhərində mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Yaralıların tezliklə sağalmasını, mədəndə dağıntılar altında qalmış insanların qurtarılmasını arzulayırıq. Başın sağ olsun, Türkiyə”, - paylaşımda bildirilib.
Qeyd edək ki, Türkiyənin Bartin vilayətində kömür mədənindəki partlayış nəticəsində 28 nəfər ölüb.

DİGƏR XƏBƏRLƏR

Top