Bakı-Qazax yolunu su basdı - Video


Bakı şəhərini içməli si ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən  Bakı-Qazax avtomagistralını subasma halı baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin rəsmisi Anar Cəbrayıllı bildirib.
O qeyd edib ki, hazırda “Azərsu” ASC-nin rəhbərliyi həmin ərazidədir:
“Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür. Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin  Baş Dövlət Yol Polisi İdarəsi, “Azərsu” ASC birlikdə tədbirlər görür”.
Hadisə yerindən görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top