Rusiya hərbçiləri Belarusa gedir


Rusiya hərbçiləri tezliklə Belarusa gələcəklər.
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki, bu sözləri Respublika Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, polkovnik Viktor Tumar deyib.
“Qeyd etməyi zəruri hesab edirəm ki, sözün həqiqi mənasında yaxın günlərdə Qoşunların Regional Qrupunun (Qüvvələrin) Rusiya komponentinin qoşunları Belarus Respublikası ərazisinə gəlməyə başlayacaq. Birgə müttəfiq dövləti qorumaq üçün tapşırıqların yerinə yetirilmə səviyyəsini yüksəltməyə yönəlmiş planlı hərbi təlim tədbirləri həyata keçiriləcək”, - deyə o bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiya və Belarusiya birgə ordu hazırlığı barədə razılığa gəlmişdi.

 

DİGƏR XƏBƏRLƏR

Top