NATO və Rusiya ordusu toqquşsa qlobal fəlakət olacaq - Putin


NATO qoşunları ilə Rusiya ordusu arasında birbaşa toqquşma çox təhlükəli addımdır. Bu qlobal fəlakətə gətirib çıxaracaq.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.
"İstənilən halda, hansısa qoşunların birbaşa təmasda olması, Rusiya ordusu ilə birbaşa toqquşmalara cəlb edilməsi qlobal fəlakətə gətirib çıxara biləcək çox təhlükəli addımdır. Düşünürəm ki, bu barədə danışanların belə təhlükəli addımlar atmamaq üçün ağıl və düşüncəsi kifayət qədərdir”, - deyə Putin bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top