Elçin Sadıqov Rasim Məmmədovun müdafiəsindən kənarlaşdırıldı - Yenilənib


Vəkil Elçin Sadıqov “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun hüquqlarının müdafiəsindən uzaqlaşdırılıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda bununla bağlı qərar elan olunub.

Hakim prosesdə vəkilin iştirakına xitam verilməsini Elçin Sadıqov haqqında ev dustaqlığı qərarının şərtləri ilə əsaslandırıb: “Elçin Sadıqovun həbsdən ev dustaqlığına buraxılması haqda Bakı Apellyasiya Məhkəməsinin şərtlərindən biri budur ki, o, barəsindəki cinayət işi üzrə prosesin iştirakçıları ilə ünsiyyətdə ola bilməz”.

Hakim bildirib ki, “Baku Steel Company”nin keçmiş rəhbəri də Sadıqovun ittiham olunduğu cinayət işi üzrə iştirakçılardandır. Hətta sentyabrda məhkəməyə Baş Prokurorluqdan sorğu göndərilib ki, Rasim Məmmədovun həmin cinayət işi üzrə istintaq prosesində iştirakına icazə verilsin. Məhkəmə də buna icazə verib.

Rasim Məmmədov Elçin Sadıqovun müdafiəçi kimi məhkəmədə iştirak etməli olduğunu deyib.

***12:07
Vəkil Elçin Sadıqov müdafiəçisi olduğu, hazırda həbsdə olan iş adamı Rasim Məmmədovun məhkəməsinə buraxılmayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə vəkil sosial şəbəkə hesabında paylaşım edib.
“Bakı Ağır Cinayətlər Məhkəməsinə sifariş veriblər ki, məni Rasim Məmmədovun məhkəmə iclasına buraxmasınlar. Qorxurlar ki, vəsatəti yenə qaldıraram”, - paylaşımda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top