"Elit"in yaxınlığındakı yanğın söndürüldü - Video + Yenilənib


Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.


*10:14
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli tikilidə (birinci mərtəbəsi ticarət obyekti kimi fəaliyyət göstərir) yanğın olması barədə ilkin məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə yanğının "Elit" ticarət mərkəzinin yaxınlığındakı binada baş verdiyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top